Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Cinayət işi üzrə istintaqın başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Proses noyabrın 7-də davam edəcək. Xaçaturyan 29 iyul 2023-cü il tarixdə Ermənistana keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sentyabrın 22-də Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
- Baxış: 208