• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1518
— 04.11.2023 16:15

Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib

KepezTV Player

Heydər Əliyev Park-Kompleksində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə ağacəkmə aksiyası keçirilib. Aksiya Gəncə-Daşkəsən Regional Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Öncə iməclik keçirilərək ərazidə münbit ekomühit yaradılıb. Ardından Gəncədən şəhid olanların hər birinin adına ağac əkilib. Aksiyada iştirak edənlər aksiyanın ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək məqsədilə təşkil olunduğuna diqqət çəkiblər. 

İntiqam Hüseynov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman Baş İdarəsinin rəisi: “Hal-hazırda bu aksiyada iştirak edir, Gəncə şəhərindən gənclər ilə birgə bu ağacları əkirik. Ümumilikdə qeyd edim ki, Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsi 6 şəhər və rayonu əhatə edir. Ümumilikdə bizim regionda 500-ə yaxın ağac əkilir”.

Pərvin Abbaszadə