• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1076
— 04.11.2023 14:31

Azərbaycan XİN Nepala başsağlığı verib

KepezTV Player

Azərbaycan Xarici İşlər Nazirliyi Nepalda baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib. Nazirliyin paylaşımında "Həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara şəfa diləyirik. Bu çətin günlərdə Nepal xalqı və hökuməti ilə həmrəyik", - deyə bildirilib. Hindistan ilə Nepal sərhədində 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 140-a çatıb. Xəsarət alanların sayı isə 100 nəfəri keçib.