• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1652
— 03.11.2023 16:14

"Zəfər" festivalı çərçivəsində konsert

KepezTV Player

Azərbaycan Dövlət Rəqs Ansamblı Gəncədə konsert proqramı ilə çıxış edib. Filarmoniyada baş tutan tədbir “Zəfər" Musiqi və Teatr Festivalı çərçivəsində təşkil olunub. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gəncəli tamaşaçılar önünda çıxış edən ansambl müxtəlif nömrələri ilə bayram əhval-ruhiyyəsi yaratmağı bacarıb. Bir-birindən rəngarəng rəqslərin tamaşaçıların könlüncə olması alqışlardan da hiss edilib. 

Rüfət Xəlilzadə- Xalq artisti: “Qarşıdan bizim Zəfər bayramımız gəlir və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə respublikamızda Zəfər festivalı keçirilir və bu festival çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblı bizim ata yurdumuz, ən qədim şəhərlərimizdən biri olan Gəncəyə “Mənim Azərbaycanım” adlı böyük bir konsertlə gəldi”.

Pərvin Abbaszadə