• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1792
— 03.11.2023 08:52

Tərtərdə 24 yaşlı şəxs minaya düşüb

KepezTV Player

Tərtərin Borsunlu kəndində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub. Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağırdı, müalicəsi xəstəxanada davam etdirilir. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Digər zəruri prosessual hərəkətlər aparılıb. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma başlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə,  mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüafatına aid heyvanlarını axtararkən baş verib.