• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1380
— 01.11.2023 16:05

Naxçıvanda komanda-qərargah təlimi keçirilib

KepezTV Player

Naxçıvanda komanda-qərargah təlimi keçirilib. Manevrlər ssenariyə uyğun olaraq birləşmə, hissə və bölmələrin döyüş təyinatlı rayonlara çıxarılması ilə başlanılıb. Növbəti mərhələdə idarəetmə məntəqlərinin açılması, əməliyyatların planlaşdırılması, zəruri hesabatların aparılması olub. Sonra təlim bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması və hərtərəfli təminatın təşkili üzrə tədbirlərin yerinə yetirilməsi ilə davam etdirilib. Artilleriya bölmələri düşmənin ön xətt və dərinlikdə yerləşən mövqelərinə praktiki atışları icra edib. Xüsusi təyinatlılar pilotsuz uçuş aparatları ilə mövqelərə zərbələr endirib, şərti düşmənin canlı qüvvəsi zərərsizləşdirilib.