• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 01.11.2023 12:07

Tələbələr Cəbrayıl və Zəngilanda aparılan tikinti-quruculuq işləri ilə tanış olublar

KepezTV Player

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Səfər Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə imzalanan memorandum çərçivəsində təşkil edilib. Səfərin əsas məqsədi universitetin tələbələrini işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış etməkdir. Və onları gələcək iş həyatına hazırlamaqdır. Eyni zamanda, tələbələrin bilik və bacarıqlarının artırılmasına yardımçı olub, peşəkar mühəndislərin hazırlanmasına töhfə verməkdir.