• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1229
— 01.11.2023 11:58

"Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür"

KepezTV Player

Otuzillik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür. Şadam ki, bu gün ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Eyni zamanda, çoxtərəfli müstəvidə qarşılıqlı faydalı birgə fəaliyyətimiz məmnunluq doğurur. Bu fikirlər Prezident İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbuna 1 Noyabr – İnqilab Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. Dövlətimizin başçısı əlavə edib ki, bu əlamətdar gün Əlcəzairin qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir.