Goranboyda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Zəfərə gedən yol - 1993-2023” mövzusunda konfrans keçirilib. Ulu öndərə həsr olunan sərgi ilə tanışlıq və dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair filmə baxışla başlayan tədbirdə “Heydər Əliyev İli” çərçivəsində görülən işlərdən danışılıb. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Heydər Əliyevin Goranboya səfərləri, görüşləri, rayonun sosial-iqtisadi inkişafı istiqamətində gördüyü işlər dəyərləndirilib. Ulu Öndərin daxili birlik və dövlətçiliyin möhkəmləndirilməsi uğrunda apardığı mübarizə barədə danışılıb. Azərbaycan gəncliyinin vətənpərvər ruhda böyüdülməsi istiqamətində məqsədyönlü siyasəti təqdir edilib. Təməli möhkəm qoyulan bu siyasət nəricəsində qəhrəman oğulların Vətən müharibəsində işğala son qoyduğuna diqqət çəkilib. Konfrans qarşılıqlı diskusiya şəklində davam edib. Sonda Respublika Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə dahi şəxsiyyətin həyat və faəliyyətindən bəhs edən kitab hədiyyə edib.
Fərid Mehdiyev
- Baxış: 260