“Qərbi azərbaycanlılara şəxsiyyət vəsiqələri veriləndə onların doğulduğu kəndlərin tarixi adları yazılır". Bunu, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Milli Məclisdə ictimai dinləmədə bildirib. Ermənistan Qərbi Azərbaycan ərazisində Azərbaycan toponimlərinin adını dəyişdirməklə Azərbaycanın izini itirməyə çalışıb. Buna baxmayaraq, Qərbi Azərbaycan Konsepsiyası həyata keçiriləcək. İcma sədri qeyd edib ki, artıq toponimlərimizin bərpa eilməsinə başlanılıb.
Əziz Ələkbərli- Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri: “Burda təkcə Qərbi Azərbaycanın Ermənistan ərazisinin 1 fərmanda 23 rayonu üzrə 92 yaşayış məntəqəsi dəyişdirilib. Onlardan bəzilərini o vaxtkı adla xatırlada da bilərəm, artıq “Abovyan” rayonu bildiyiniz kimi Ellər rayonu idi, Qırxbulaq mahalında Güllücə qəsəbəsi və Güllücə soveti, Zov qəsəbəsinə və Zov qəsəbə xalq deputatları sovetinə çevrilsin. Bu günün özündə də Qərbi Azərbaycan ərazisindəki toponimlərin dəyişdirilməsi prosesi davam edir. Necə? Ermənilər bir dəfə, iki dəfə dəyişdirib, adına erməni adı qoyduqları toponimləri bir daha dəyişdirib, tarixi izləri itirib. Hətta əlimizdə 2016-cı ildə 2018-ci ildə dəyişdirilmiş toponimlərimizin faktları var”.
Vüsalə Cənnətova
- Baxış: 172