KepezTV Player
Azərbaycan Avropa Şurasının İnsan Orqanlarının Alverinə qarşı Konvensiyasına qoşulub. Avropa Şurasının Strasburqda yerləşən mənzil qərargahında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ilə təşkilatın Baş katibi Mariya Peyçinoviç Buriç arasında görüş keçirilib. Əli Nağıyev regionda təhlükəsizlik baxımından yaranmış mövcud vəziyyət barədə məlumat verərək ölkəmizin hər zaman bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olduğunu vurğulayıb. Mariya Peyçinoviç Buriç Ermənistanın mina terroru barədə də məlumatlandırılıb.
- Baxış: 223