• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1447
— 25.10.2023 12:10

Müqayisəli şüur bizə nə qazandırır?

Yəqin ki, uşaq vaxtından bu sözlə tez-tez rastlaşmısınız “Xalxın uşağına bax, gör o nələr edib, sən də belə ol!” Valideynlərimizin, bəlkə də, belə deməsi gələcəkdə bizim uğurlu biri olmağımızı istədikləri üçündür. Ancaq bu nə dərəcədə düzgündür? Bəs gənc düşünməzmi  ki, valideynlərim məni olduğum kimi qəbul etmir? Bu məsələyə aktiv gənclərimizdən biri olan Lalə xanımla birlikdə aydınlıq gətirəcəyik. Salam, Lalə xanım, necəsiz? Bəs siz bu haqda nə düşünürsüz? Elə olubmu ki. valideynləriniz sizi başqaları ilə müqayisə edib?

Lalə Həsənli- aktiv gənc: “Salam çox sağolun, yaxşıyam. Siz necəsiz? Ümumiyyətlə, müqayisə istər gənc olsun, istər uşaq travma ilə nəticələnə bilər. Hələ bu ailədən gələrsə, lap böyük travmadır. İnsan üçün ən ağır zərbələr elə ailədən gələn zərbələr olur. Müqayisədə demək olar ki, bunlardan ən öndə gedənidir. Bəzən elə olur ki, ailələr öz uşaqlarını başqaları ilə, öz yaşıdları ilə müqayisə etməyə çalışırlar. Və bu travma təkcə gənclik dövründə deyil, bir ömür boyu insana mənəvi olaraq təsir göstərir”.

Onların bu cür davranışı sizin öz gələciyinizlə bağlı olan fikirlərinizi dəyişib? Demisiniz ki, artıq belə etməyəcəm, yaxud bu işlə məşğul olmayacam?

Lalə Həsənli- aktiv gənc: “ Xeyr, dəyişmədi. Ailəm baxmayaraq ki, psixoloji şəkildə mənə təsir göstərməyə çalışırdı, ən çox da anam bunu edirdi. Məsələn, mən rəfiqələrimlə görüşəndə mesaj yazırdı ki, “hardasan”. Deyəndə ki, bəs qızlarla görüşmüşəm. Deyir ki, tez gəl evə, sən yaşda olanlar özlərini inkişaf etdirir, sən gör neynirsən. Pis olurdum. Ancaq heç vaxt öz mövqeyimdən dönmədim”.

Bu fikirlərin sizə nə kimi müsbət və mənfi təsirləri olub?

Lalə Həsənli- aktiv gənc: “Mənfi təsiri olmayib, ancaq müsbət təsirləri çox olub. Hər hansı bir mövzuda insanın üstünü çox gələndə, insan daha inadcı olur. Belə də olduqda öz hədəfinə və məqsədinə daha tez yaxınlaşırsan”.

Hal-hazırda aktiv gənclərimizdən birisiz. Motivasiyanız düşməsin deyə, necə davranmısız?

Lalə Həsənli- aktiv gənc: “Adətən motivasiya ilə bağlı kitablar oxuyuram. Özümü sosiallaşdırmağa daha çox çalışıram. Fəal şəkildə tədbirlərdə iştirak edirəm. Bütün bunlar motivasiyamı yerinə gətirməyə kifayət edir”.

Mənim üçün maraqlı söhbət idi. Təşəkkür edirəm. Sonda gənclərimizə mövzumuzla bağlı necə məsləhət verərsiz?

Lalə Həsənli- aktiv gənc: “Harda olmaq istəyirlərsə, qarşılarındakı əngələ baxmayaraq istədikləri uğrunda mübarizə aparsınlar. O zaman öz hədəflərinə daha tez çatarlar. Ola bilər ki, onlara bu yolda  müxtəlif problemlər mane olsun, ancaq öz mövqelərindən heç vaxt dönməsinlər”.

Heç kimə, heç nəyə fikir verməmək, özünə və etdiklərinə diqqət etməkdir”- deyirlər. Siz də çalışın, əziz gənclər, başqalarının sizin həyatınızla bağlı qərar verməsinə icazə verməyin. Uğurlar......

Lalə Bağırova

 

ƏTRAFLI...