KepezTV Player
Sülh quruculuğu prosesi üçün yeni imkanlar yaranıb. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşündə bildirib. Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyinin irəlilədilməsi istiqamətində fəaliyyət barədə qarşı tərəf ətraflı məlumatlandırılıb. Birləşmiş Ərəb Əmirlikləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında mümkün investisiya imkanlarından yararlanmağa dəvət edilib.
- Baxış: 179