Aksiyada Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ilə yanaşı, Almaniya, Avstriya və Rusiyadan 15 baytar iştrak edib. Ümumilikdə aksiya çərçivəsində ölkə üzrə 1000-1500 Gəncədə isə 100-150 sahibsiz itin qısırlaşdırılması, qulaq birkalarının taxılması və quduzluq peyvəndinin vurulması, eləcə də pişiklərin qısırlaşdırılması planlaşdırılıb.
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova: Gəncə şəhərinin sahibsiz itlərinin həm peyvəndlənmə, həm qısırlaşdırma, həm də nəsilı vermə qabiliyyəti olmayacaq. Düşünürük ki 5, 6 ilə bu başsayı tarazlanacaqdır. Yuvadan bu gün 100 baş it bura təqdim olunubdur. Nəzərdə tutmuşuq ki əlavə nə gətirsələr günün sonuna hətta sabahkı günə nəzərimizdə tutulubdur ki burada bu aksiyanı davam edəcəyik.
Ölkəmizdə sahibsiz heyvanlarla bağlı məsələ aktual problemlərdən hesab edilir. Onların mühafizəsi, xəstəliklərə qarşı peyvənd olunması istiqamətində maarifləndirmə işləri də aparılır. Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq Klinikasında reallaşan aksiya isə belə heycanların cəmiyyət üçün təhlükə yaratmamasına hesablanıb.
Baytar-həkim Gülçin Məmmədova: Bugünkü bu prossesdə itlərin və pişiklərin axtalanması və qısırlaşdırılması prossesində tələbələr birbaşa özləri iştrak etdilər. Cərrahi prosseslərdə yeri gəldikcə müdaxilələr etdilər. Həkimlərə yəni mütəxəssislərə lazımi sualları verdilər. Prosses necə gedir? , hansı vaxtda, hansı zamanda. Xaricdən gələn mütəxəssislər də ətraflı məlumatlandırdılar ki qısa vaxtda antiseptik qaydada əməliyyatları başa vurdular.
IDEA Heyvanlara Qayğı Mərkəzinin dəstəyi ilə keçirilən aksiyada Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq fakültəsinin tələbələri praktik təlimlər keçiblər. Aksiyanın əsas şərtlərindən biri də ölkəmizin baytar həkimlərinə və baytarlıq fakültəsinin tələbələrinə prosesi əyani şəkildə göstərməklə müasir üsulla qısırlaşdırmanı həyata keçirmək olub.
Tələbə Tural Laçınov: Bugün tələbə olaraq xaricdən gələn mütəxəssislərimizin göstərdiyi əməliyyatları,onıardan nəzəri götürdük. Əməliyyatların gedişatını tam olaraq gördük. Bildiklərimizə yeni qatqılar olundu, bilmədiklərimizi öyrəndik.
Tələbə Aişa Sərdar Muhammed: Bugün əməliyyatda iştrak etdim. Çox şey öyrənmişəm. Almaniyadan, Rusiyadan baytarlar gəliblər və çox şey öyrətdilər.Mən 2-ci kursdayam amma artıq qısırlaşdırma edə bilərəm rahat. Amma birinci dəfədir onu görürəm.
Aksiyanı izləyən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu cür təşəbbüslərə ehtiyac olduğunu diqqətə çatdırıb. Universitetin baytarlıq klinikasında yaradılan imkanlarla tanış olub. Şəhərin heyvan sığınacağında olan sahibsiz küçə heyvanlarının da bura gətirilərək qısırlaşdırılma və quduzluq peyvəndlənməsi aparıldığı diqqətə çatdırılıb.
- Baxış: 261