Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı Dövlət Komissiyasının 1 dekabr 2020-ci ilə verdiyi açıqlamaya əsasən, 3890 nəfər itkin kimi qeydiyyata alınıb. Həmin şəxslərin bugünə qədər yalnız 872 nəfəri barədə məlumat əldə edilib. İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevanın sözlərinə görə, birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin əsirliyindən geri qaytarılan insanların verdiyi ifadələr müxtəlif tərkibli cinayətlərin mövcudluğunu deməyə əsas verir. Yüzlərlə azərbaycanlı əsirlik dövründə gördüyü fiziki, psixoloji təzyiqlər səbəbindən ömürlük əlilliyə məhkum qalıblar.
Səbinə Əliyeva- Ombudsman: “Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair daha bir hesabat. O cümlədən azərbaycanlılara qarşı aparılan nifrət siyasəti nəticəsində törədilmiş cinayətlər və nifrət nitqi ilə bağlı videomaterial da hazırlanmışdır. Ümumilikdə müxtəlif mövzuları əhatə etməklə azərbaycanlılara qarşı mina terroru, Bərdə, Gəncəyə raket hücumlarının nəticələri, mədəni irsimizin dağıdılması, bizim qəbiristanlığımızda aparılmış dağıntılar və bir çox müharibə cinayətləri haqqında ümumilikdə bu günə qədər 16 hesabat hazırlanmışdır”.
"2022-ci ilin aprelində Ermənistanda müxalifətin keçirdiyi nümayişlərdə əsas şüarlardan biri "Türksüz Ermənistan" olub. Lakın sözügedən çıxışla bağlı bu günə qədər heç kim məsuliyyətə cəlb olunmayıb. Xarici işlər nazir müavini Elnur Məmmədov bütün bu neqativ hallarla bağlı sübut və faktların toplanaraq beynəlxalq ədalət məhkəməsinə müraciət edildiyini diqqətə çatdırıb.
Elnur Məmmədov- Xarici işlər nazirinin müavini: “Azərbaycan tərəfi cari ilin yanvar ayının 23-də Ermənistana qarşı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin təxminən 30 illik qanunsuz hərbi işğalı, etnik azərbaycanlıların öz tarixi torpaqlarından, doğma yurdlarından qovulması, soyqırımları və digər bəşəriyyətə qarşı cinaytələrin törədilməsi və bununla həmin ərazilərin etnik təmizlənməsi və bundan irəli gələn digər cinayətlərlə bağlı minlərlə səhifəlik dəlilləri özündə əhatə edən əsas iddiasını beynəlxalq ədalət məhkəməsinə təqdim etmişdır”.
"Qərbi azərbaycanlılara qarşı Ermənistanın apardığı soyqırım və deportasiya ilə bağlı cinayət işi başlanıb". Mülki əhalinin qəsdən öldürülməsi, minaların partladılması nəticəsində mülki şəxslərin öldürülüməsi və ağır xəsarətlər alması, işğal altında olan ərazilərdə ermənilərin qanunsuz şəkildə məskunlaşdıırılması kimi cinayət faktlarının hazırda istintaqı davam etdirilir.
Elmar Camalov- Baş prokurorun müavini: “1988-ci ildən başlayaraq birinci Qarabağ müharibəsi dövründə qanunsuz erməni silahlı hərbi birləşmələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində yaşayan, Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən didərgin salınması, yaşayış məntəqələri və dövlət obyektlərində mülkiyyətin talanması və dağıdılması, azərbaycanlı əsrlərə və girovlara qarşı işgəncələr verilməsi, onların bir qismin öldürülməsi və şikəst edilməsi, habelə ermənilərin törətdikləri adam öldürmə, təxribat, terrorizm və xüsusi ilə ağır cinayət hadisələri ilə əlaqədar müvafiq maddələr üzrə cinayət işləri istintaqı aparılmaqdadır”.
Qurum rəsmisi onu da bildirib ki, Ermənistan regionda sülhün bərqərar olmasını istəyirsə, azərbaycanlılara qarşı nifrət çağırışlarından imtina etməlidir.
Azad Mustafayev
- Baxış: 232