• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1057
— 30.10.2023 12:05

Şuşada I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçiriləcək

KepezTV Player

Şuşada birinci Beynəlxalq TÜRKSOY Teatr Festivalı təşkil ediləcək. Mədəniyyət Nazirliyinin məlumatına görə, festival oktyabrın 31-dən noyabrın 4-dək olacaq. Tədbir Heydər Əliyevin 100 illik yubileyi və Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi münasibətilə keçiriləcək. Həmçinin Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileylərinə həsr olunacaq. Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının da keçirilməsi planlaşdırılır.