• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 827
— 29.10.2023 20:05

Bakıda ilk dəfə Musiqi Forumu işə başlayıb

KepezTV Player

"Musiqi sahəsində çalışanların sosial durumunun yaxşılaşdırılması həllini tapmaqdadır". Bunu, Mədəniyyət naziri Adil Kərimli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində ilk dəfə keçirilən Musiqi Forumunda dedi. Nazir bildirdi ki, musiqinin cəmiyyətə təsiri hər zaman özünü ən yüksək səviyyədə göstərib. Bu mənada Ulu Öndər Heydər Əliyevin də musiqi sahəsinə qayğısını qeyd edib.

Akademik səviyyəli ciddi musiqilərə, onların yaranmasına ehtiyac var. Forumda 20-ci əsr musiqilərinin konsert zallarına gətirilməli olduğunu da diqqət çəkilib.

Musiqi forumu Mədəniyyət nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Forum oktyabrın 31-dək davam edəcək.

Vüsalə Cənnətova