• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 946
— 29.10.2023 17:36

Bir qrup şəhid ailəsinin Türkiyəyə səfəri təşkil olunub

KepezTV Player

Müdafiə Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin birgə təşkilatçılığı ilə bir qrup şəhid ailəsinin Türkiyəyə səfəri təşkil olunub. Şəhid ailələri Kayseri şəhərində qardaş ölkənin şəhid olan hərbi qulluqçularının ailələri və şəhər rəsmiləri ilə görüşüblər. Xocalı parkını və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni, eləcə də qardaş ölkənin şəhid olan hərbi qulluqçularının məzarlarını ziyarət ediblər.