• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2563
— 29.10.2023 17:23

Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə yürüş keçirilib

KepezTV Player

Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə yürüş keçirilib. Yürüş Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunun binasının önündən başlayıb. Tədbirdə Gəncə şəhər rəhbərliyi, Türkiyənin Gəncədəki baş konsulluğu, ictimaiyyət nümayəndələri, eləcə də 100 türkiyəli və 100 azərbaycanlı tələbə iştirak edib. Əllərində Azərbaycan və Türkiyə bayraqları ilə yürüş edən iştirakçılar iki qardaş ölkənin birliyindən bəhs edən şüarlar da səsləndiriblər. Onlar şəhərin Atatürk prospekti ilə hərəkət edərək baş meydandan Qafqaz İslam Ordusunun Gəncədəki ilk əməliyyatları zamanı şəhid olmuş 13 əsgərinin xatirəsinə ucaldılmış abidənin qarşısına gəliblər. Abidə önünə gül dəstələri düzülüb. Ardından Türkiyə Respublikasının qurulması, türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlməsindən danışılıb. Türkiyə-Azərbaycan qardaşlığından, bir millət-iki dövlətin uğurlarından geniş söz açılıb.