• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1570
— 28.10.2023 20:20

"Gəncədə məktəbliyə narkotik maddə vurulması ilə bağlı iddialar əsassızdır"

KepezTV Player

Bəzi sosial şəbəkə səhifələrində Gəncədə məktəbliyə naməlum qadın tərəfindən narkotik maddə vurulması ilə bağlı yayılan iddialarla bağlı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Eşqin Qasımov bildirib. Məktəbli valideyn nəzarətində sorğulara cavabında bildirib ki, o, məktəbdən geri qayıdarkən bir nəfər yaşlı qadının ona yaxınlaşdığını görüb, qorxub. Bununla yanaşı, ekspertiza rəyinə əsasən də onda hər hansı narkotik vasitə qalıqları aşkarlanmayıb.