• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 936
— 28.10.2023 16:06

Füzuliyə köçürülən ailələrlə məşğulluq imkanlarının qiymətləndirilməsi üçün görüşlər keçirilib

KepezTV Player

Böyük Qayıdış proqramı üzrə Füzuli şəhərinə köçürülən sakinlərin məşğulluğuna dəstək işləri davam edir. Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Füzuli şəhərinə köçürülən 258 ailənin əmək qabiliyyətli üzvləri ilə ünvanlarında görüşlər keçirib. İşsiz və işaxtaran şəxslərin məşğulluq imkanları qiymətləndirilib, onlara aktiv məşğulluq proqramları barədə məlumatlar verilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq qeyd edilən proqramlar çərçivəsində 59 nəfər işlə təmin edilib, 16 sakinin isə özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır.