• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1280
— 28.10.2023 15:18

Azərbaycanda turzmin mövcud vəziyyəti

Azərbaycan artıq dünyada yeni bir turizm məkanı kimi tanınır. Turizm sahəsində son bir neçə il ərzində görülən işlər, əldə olunan uğurlar göz qabağındadır.

Azər Tağıyev- GDU Turizm-Menecment kafedrasının müəllimi: “Azərbaycanda turizm son illərdə inkişaf etməyə davam edir. Bu da iqtisadiyatmızın inkişaf etməsinin əsas göstəricisidir. Azərbaycan Respubliksaının Prezidentinin imzaladığı sərancama  uyğun olaraq, qeyri-neft sektorlarının içərisində, turizm xüsusilə seçilir. Bundan əlavə əcnəbilər də Azərbaycana üz tutur, xüsusilə Gəncə şəhərinə. Burda əlbəttə ki, Azərbaycanda keçirilən idman yarışları olsun, tədbirlər olsun, festivallar olsun, öz töhfəsini vermişdir. Həmçinin, Qəbələdə hər il keçirilən Musiqi Festivalı bunu sübut göstərə bilər. Və Bakıda təşkil olunan idman yarışları, idman turizminin inkişafı üçün atılan addımlardır. Ölkəmizin istər relyefi olsun, coğrafiyası olsun turizm üçün çox əlverişlidir”.

Bəli, Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Ölkəmizin ərazisində 6 mindən artıq tarixi memarlıq abidələri mövcuddur. Bu, hər şeydən əvvəl, onun çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olmasıdır. Flora aləmi özünün parlaqlığı və rəngarəngliyi ilə buraya təşrif buyuran turistləri məftun edir.

“Ümumiyyətlə turistlər üçün yaxşı şəraitlər yaradılıbdır. Təhlükəsizlikləri yüksək səviyyədə təşkil olunur, istər Bakida, istər regionlarda olsun, təhlükəsiz  şəkildə, öz evlərindəki kimi hərəkət edirlər.

Respublikamızda turizmin bütün növlərinin inkişafı üçün daha bir əlverişli məqamlardan  biri də Azərbaycan xalqının səmimiyyəti, ənənəvi qonaqpərvərliyidir. Qonaqpərvərlik dedikdə isə, ilk öncə ağlımıza qədim, zəngin və ləzzətli yeməkləri ilə bol olan mətbəximiz gəlir. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistləri qəbulu edir. Həmçinin turistik məkanlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri də fəaliyyət göstərir.

Günay Əsgərova 

ƏTRAFLI...