• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 934
— 27.10.2023 19:42

Uşaqlar arasında qızılca xəstəliyi niyə artıb?

KepezTV Player

Qızılca, xüsusilə uşaqlarda çox rast gəlinən yoluxucu xəstəlikdir. Son günlər yoluxması artan bu xəstəlik damcı hava-yolu ilə insandan insana ötürülür. Yüksək hərarət, öskürək kimi simptomlar ilə özünü biruzə verir. Hətta qızılcanın ağırlaşmaları da olur və ölüm halı baş verə bilər.

Vüsalə Məmmədova- “Yeni Gəncə” ASM-in şöbə müdiri: “Son zamanlar ölkəmizdə qızılca xəstəliyinin yayılması müşahidə olunur. Qızılca xəstəliyi qızılca virusu tərəfindən törədilən hər yaş qrupunda müşahidə edilə bilər. Xüsusən də uşaq yaşlarında müşahidə edilən qızılca olduqca təhlükəli olur. Əsasən pnevmaniya, miningit kimi ağır xəstəliklərin törədilməsinə səbəb olur. Peyvəndlər vaxtında olunmazsa gələcəkdə nəinki qızılca, parotit, məxmərək, eyni zamanda göy öskürək, tetanus, difteriya, Hepatit B kimi qorxulu həyati təhlükəli olur”.

Bu yoluxucu xəstəlik bədənin müqavimətini və immun sistemini zəiflədir. Həm böyüklər, həm də uşaqlar xəstəliyə qarşı həssas olduğundan, zamanında peyvənd olunmaq tövsiyə olunur.

Gülnarə Abdullayeva- sakin: “Bir yaşına kimi olan peyvəndləri vurdurmuşduq. İndi 6 yaşı var. Gəlmişik ki, o peyvəndi də vurduraq. Peyvəndin heç bir ziyanı yoxdur. Əksinə xeyiri var. Qızılca keçirəndə yüngül keçirir”.

Məlahət Hüseynova- sakin: “Nəvəm 2 aylıqdır. Peyvəndini vurdurmağa gətirmişik. Dedilər peyvənd yaxşıdır. Digər nəvələrimə də vurdurmuşuq. Yaxşı effektini görümüşük. Valideynlərə tövsiyə edirəm ki, hamı vurdursun”.

Leyli İmamquliyeva- sakin: “Bu gün 6 yaşa görə peyvənd vurdurmuşam. Çox razıyam. Uşaqlar xəstəliyi yüngül formada keçirir. Bir az tərəddüd edirdim, vurdurmağa. Amma həkimlər çox tövsiyə elədi”.

Bəzi valideynlər müxtəlif səbəblərdən peyvənddən imtina edirlər. 

Peyvənd immun sistemində bir çox xəstəliklərlə daha səmərəli mübarizə aparmağa kömək edir. Peyvənddən sonra virus orqanizmə daxil olsa da, immunitet onu məhv edir. Aparılan vaksinasiya nəticəsidə nəinki qızılca, digər xəstəliklərə də yoluxma olmur.

Vüsalə Məmmədova- “Yeni Gəncə” ASM-in şöbə müdiri: “Ümumiyyətlə təhlükəki xəstəliklərdən qorunmanın bir yolu var. O da peyvəndləmədir. Orqanizm üçün 11 növ təhlükəli, hətta öldürücü xəstəliklər var ki, bu xəstəliklərə qarşı milli təqvimlə peyvənd işləri aparılır. Burdan analara bir çağırış etmək istəyirəm ki, analar peyvənddən qorxmasınlar, analar uşaqların həyatı üçün təhlükə yaradacaq həmin xəstəliklərdən qorxmalıdırlar ki, o xəstəliklərə yoluxarsa, uşağın immun sistemi buna cavab verə bilməyəcək. Ona görə də peyvəndlər olunmalıdır ki, həmin xəstəlikləri keçirməsinlər, keçirsələr belə olduqca yüngül formada keçirsinlər”.

2023-cü ilin ilk 9 ayı ərzində Gəncədə qızılcaya qarşı 1 yaşında olan 2056 uşaq vaksinasiya, 6 yaşında olan 2322 uşaq revaksinasiya olub. Ölkə üzrə peyvənd faizi isə 95-97 təşkil edir. 

Aişə Rzayeva