• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 938
— 27.10.2023 19:38

Fransa indi də Qarabağda "erməni abidələri"nin təəssübkeşi rolunda

KepezTV Player

Fransa Qarabağda ermənilərə aid abidələrin təhlükə altına düşdüyündən narahatdır. Gülüş doğuran bu yanaşma əsası olmayan ağ yalandır. Birinci, erməni irsinin Qarabağla əlaqəsi nə gəzir?! İkinci də, alban abidələri nə vaxtdan ermənilərə aid olub? Bir də ki, antiterror tədbirlərindən sonra regiona 2 dəfə səfər edən BMT missiyası belə bir fakt aşkarlamayıb. Odur ki, Fransanın bu istiqamətdə də Azərbaycana qarşı iftiralarının heç bir əsası yoxdur. 30 il ərzində Azərbaycanın mədəni isri yağmalananda susqunluq nümayiş etdirən “xoruz”ların indi banlaması heç məntiqə də sığmır. 

Tural İsmayılov- politoloq: “Fransa, eyni zamanda Qərbi Azərbaycanda, tarixi Azərbaycan torpaqlarında günü bu gün də Ermənistan tərəfindən davam edən mədəni istismar prosesinə heç bir səs çıxarmayıbdır. Dəfələrlə Azərbaycan tərəfindən Azərbaycan abidlərinin vəziyyətinin öyrənilməsi ilə bağlı YUNESKO-ya müraciət edilsə də, YUNESKO rəhbəri və YUNESKO-dakı fransız şəbəkəsinin bu prosesə mane olması məsələsi ön plana çıxır. İndi belə bir halda Ermənistanın törətdiyi mədəni soyqırım aktlarına göz yuman Fransa mədəniyyət naziri və siyasi rəhbərliyinin ikiüzlülüyü idbar formada davam edir”.

Fransa, ermənilər barbarcasına Azərbaycan abidələrini, dini inanc yerlərini murdarlayanda harada idi? Niyə səsi çıxmırdı qərb təəssübkeşinin? Hardaydı qalaq-qalaq bəyanatları?

Sahil Kərimli- siyasi şərhçi: “Fransa daim işğalçılığı dəstəkləyən ölkə olub. Fransa Cənubi Qafqazda bu gün də sülh və təhlükəsizliyin əleyhinə çıxış edən ölkədir. Ermənistanı silahlandıran ölkədir. Cənubi Qaqazda yenidən müharibə yaratmaq istəyən ölkədir. Bunun nəticələri göz önündədir. Fransanın siyasi rəhbərliyi və mədəniyyət naziri səviyyəsində bu cür sərsəm açıqlamalar Azərbaycanın haqq-ədalət işinə yönəlib. Əlbəttə, bunun heç bir nəticəsi olmayacaqdır”.

Fransanın əsassız və həqiqətə uyğun gəlməyən açıqlamaları havaya sovrulan sözdən başqa bir şey deyil. Siyasi divident naminə erməni lobbisinin maraqlarına xidmət edir. Ancaq könül bulandırmaq məqsədi daşıyan bu kimi addımlar Azərbaycanı niyyətindən, maraqlarından əl çəkməyə məcbur edə bilməz. Necə ki, Azərbaycan bunu Vətən müharibəsi və ondan ötən 3 il ərzində sübut edir. 

Elnur Vahidoğlu