• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 27.10.2023 18:52

Prezident səfirlər təyin edib

KepezTV Player

Arif Baloğlan oğlu Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə o,  Azərbaycanın Yunanıstandakı  fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Azərbaycanın Slovakiyadakı səfiri dəyişib. Prezident İlham Əliyev bununla bağlı Sərəncamına əsasən, Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycanın Slovakiyadakı  fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Digər Sərəncamla Vüsal HacıMahmud oğlu Abdullayev Azərbaycanın Slovakiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.