• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1457
— 27.10.2023 15:03

İsrail ordusu reyd keçirir

KepezTV Player

İsrail Müdafiə Ordusunun quru qüvvələrinin bölmələri HƏMAS hərəkatına qarşı reyd keçirmək üçün Qəzza zolağına daxil olub. Bu barədə yerli media məlumat yayıb. Reyddə İsrail ordusunun 36-cı diviziyasının piyada bölmələri, zirehli texnikası və mühəndis bölmələri iştirak edir. Ordu qüvvələri HƏMAS və terrorçu hədəflərə qarşı fəaliyyət göstərirlər. Məlumata görə, reyd başa çatdıqdan sonra hərbiçilərin İsrail ərazisinə qayıdacağı gözlənilir. Bu arada HƏMAS-ın girov götürdüyü şəxslərin sayı artıb. İsrail Müdafiə Ordusunun xəbərinə görə, girovların sayı 5 nəfər artaraq 229-a yüksəlib. Oktyabrın 7-si səhər saatlarında HƏMAS qruplaşması İsrail ərazisinə Qəzza zolağından raket atəşinə başlayıb. Nəticədə İsrail ordusu müharibə hazırlığı vəziyyəti elan edib və oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin müharibə vəziyyətinə daxil olduğunu elan edib.