• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 19.10.2023 11:27

İstedadlı gənc-Səfər Allahverdi

Hər kəsin içərisində istedadlı şəxs yatır. Bəzən onu büruzə verə bilməkdə çətinlik çəkirik. Bəzən də nümayiş etdirmək üçün əlimizdən gələni edirik. İndi isə bir istedadlı gəncimizin yanına yollanacağıq. Görək o, bu barədə hansı addımları atır?

Səfər Allahverdi- şoumen gənc: "Mən düşünürəm ki, hər bir gənc öz arzularının arxasınca qaçmalıdır. Bu yolda məni qınayanlar çox olsa da, heç vaxt işimi buraxmaq və vazkeçmək barədə düşünmədim".

Müsahibimizin dediklərinə əsasən deyə bilərik ki, hər insan işində mütəxəssis ola bilməz. Ancaq bu məğzdə addımlamağı bacarmalıdır. Bəs uğurlu şoumen olmaq üçün hansı fədakarlıqları edir?

Səfər Allahverdi- şoumen gənc: "Şəxsi münasibətlərimə, ailəmə və digər dost tanışlarıma ara verməli oluram".

Ümumiyyətlə, insan mücərrəd varlıqdır. Həyat panelinin idarəetməsi də öz əlindədir. Mütəxəssislər deyir ki, işlərində çətinlik çəkdiyini hiss etdiyin anda əhvalını açacaq işlərlə məşğul olmalısan. Müsahibimizdə bu işin onun həyatına müsbət təsir etdiyini vurğuladı.

Səfər Allahverdi- şoumen gənc: "Sosial əlaqələrim çox müsbət dərəcədə artdı. Düşünürəm ki, hər insan bu işin içərisində olmalıdır".

İstedad insanın içində yatan ən ali duyğulardan biridir. Bəzən yoxa sayarsan, bəzən də zirvəyə qaldırarsan. Hər zaman zirvədən səslənməyiniz diləyi ilə.

Tellan Zeynalova

ƏTRAFLI...