• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 27.10.2023 11:16

Qarabağda partladıcıların hazırlandığı emalatxana aşkar edilib

KepezTV Player

Qarabağ bölgəsində əraziyə baxış zamanı kustar üsullarla əldəqayırma partladıcı vasitələrin hazırlandığı emalatxana aşkar olunub. Bu barədə MN-dən məlumat verilib.Emalatxananın içərisində xeyli sayda dron vasitəsilə daşınabilən əldəqayırma minalar və onların hazırlanmasında daha çox insan tələfatına nail olmaq üçün istifadə edilən metal parçalar tapılıb.  Eləcə də müxtəlif təxribatların törədilməsi məqsədilə kustar üsullarla hazırlanan digər partlayıcı qurğuların olduğu müəyyən edilib. Qarabağda lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri bu emalatxanalarda hazırlanan müxtəlif partladıcılardan istifadə ediblər.