• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 740
— 27.10.2023 11:13

Bu gündən direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

KepezTV Player

Bu gündən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır. Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu mərhələdə iştirak edəcək namizədlərə məlumat göndərilib. Müsahibə mərhələsi əyani formatda Bakıda keçiriləcək.