• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1428
— 27.10.2023 10:33

Qalxanabənzər vəzi xəstəlikləri

Orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi  ilə fəaliyyəti pozulur. Sarımtıl-qırmızı rəngli bu vəz boyunun ön hissəsində, nəfəs borusunun önündə yerləşir və təxminən 20-30 qram ağırlığında olur. Bəs bu xəstəliyin ilkin simpotomları nələrdir?

Xuraman Ağayeva- Pasient: “Boğazımda narahtlıq hiss edirəm, gecələr tez-tez oyanıram ki, su içəm. Bəzən də elə düşünürəm ki, sanki boğazımda nəsə qalıb”.

Qalxanabənzər vəzinin yaxşı işləməsi üçün insan bir gündə 150-220 mikroqram yod qəbul etməlidir. Qəbul etdiyimiz yodun təbii olması çox vacibdir, çünki başqa formada olanda maddə orqanizm tərəfindən mənimsənilmir. Buna dəniz kələmi, şor su balığı, xurma, feyxoa və qoz kimi yodla zəngin qidaları nümunə kimi göstərmək olar. Həmçinin qara kələm, balqabaq, turp, ağ turp və gül kələmi kimi tərəvəzlər də sağlamlığımız üçün xeyirlidir.

 Leyla Əliyeva

 

ƏTRAFLI...