• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2291
— 26.10.2023 16:17

“Qarabağnamə” teatrsevərlərə təqdim olunub

KepezTV Player

Akademik Milli Dram Teatr Gəncədə İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşasını təqdim edib. Gəncə Dövlət Dram Teatrında oynanılan səhnə əsəri Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində reallışıb. Tamaşada XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş verən tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın həyatından bəhs olunur. İlk dəfə 1996-cı ildə nümayiş olunan “Qarabağnamə” tamaşası Gəncədən sonra Mingəçevirdə teatrsevərlər üçün təqdim ediləcək. 

Cavid Zeynallı- Akademik Milli Dram Teatrının mətbuat katibi: “Akademik Milli Dram Teatrı layihə çərçivəsində artıq bir neçə region teatrında uğurla iştirak edib. Bizim təqdim etdiyimiz tamaşalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bu gün biz Gəncə Dövlət Dram Teatrının qonağıyıq və çox şadıq”.

Hacı İsmayılov- Xalq artisti: “Tamaşada mən İrəvan xanı Məhəmmədəli xan obrazını yaradıram. Artıq 20 ildən çoxdur ki, bu obrazı səhnədə göstərirəm. Məhəmmədəli xan və digər xanların taleyi bir qədər acınacaqlı olub. Onlar birləşə bilməyiblər. Əgər o xanlar birləşsəydi, bir qüvvət olsaydılar, o zaman Azərbaycan gözəl bir ölkəyə çevrilərdi”.

Şayəstə İbrahimova- tamaşaçı: “Akademik Milli Dram Teatrın aktyorları burada iştirak edir. Tarixi bir əsərdir. Belə bir Zəfər bayramı ərəfəsində bu cür tamaşanın verilməsi çox təqdirəlayiqdir və çox xoşumuza gəldi”.

Elnur Vahidoğlu