• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1944
— 26.10.2023 16:10

İsrail Müdafiə Ordusu HƏMAS-ın 250-dən çox obyektini məhv edib

KepezTV Player

İsrail ordusunun döyüş təyyarələri Qəzza zolağında 250-dən çox HƏMAS hədəfinə zərbələr endirib. Əməliyyat komandanlıq mərkəzləri, tunel şaftları və İsrail ərazilərinə atəş açan mülki ərazilərin mərkəzində yerləşdirilən raketatan qurğular sıradan çıxarılıb. Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. Oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb.