• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1914
— 26.10.2023 16:04

Azərbaycan son 20 ildə bir sıra mühüm regional layihələrin təşəbbüskarı olub

KepezTV Player

 "İpək Yolu Beynəlxalq Forumu regional və qlobal gündəlikdə duran məsələlərin müzakirəsi üçün özünü effektiv beynəlxalq platforma kimi təsdiqləyib". Bunu Baş nazir Əli Əsədov Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumda çıxışı zamanı bildirib. Əli Əsədov Azərbaycanın son 20 ildə bir sıra mühüm regional layihələrin təşəbbüskarı və iştirakçısı kimi çıxış etməsindən də danışıb. Baş nazir ölkəmizin Orta Dəhlizlə daşımalara artan tələbi qarşılamağa imkan verən infrastuktur layihələrini qeyd edib. Bununla yanaşı Azərbaycanın Gürcüstan və digər tərəfdaşlarla birgə əməkdaşlığının önəmini vurğulayıb. Əli Əsədov Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğu və regionda bütün kommunikasiyaların açılması ilə bağlı səsləndirdiyi fikirləri də şərh edib.