Bu ilin 9 ayı ərzində Qarabağ Dirçəliş Fonduna 163 milyon manatdan çox ianə edilib. Bu barədə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib. Hazırda Fond Füzuli Mərkəzi Parkı üzrə layihə-smeta sənədlərinin hazırlanması, həmçinin Zəngilanda meşə örtüyünün bərpası, Ağdamda Pənahəli Xanın İmarət Kompleksinin konsept və dizaynının hazırlanması, “Şahbulaq qalası” kompleksinin ətrafında turizm infrastrukturunun yaradılması istiqamətində işlər görür.
Rəhman Hacıyev - Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri: Qeyd etdiyim bütün layihələr və hətta 30-a yaxın bizim yeni layihələrimiz öz təstiqini gösləyir. O 30 layihə daxil bütün bizim bax bu bugünə qədər icra etdiyimiz və icra etməyi planlaşdırdığımız layihələrin yalnız və yalnız bizim gəlirlərimiz hesabına maliyyələşəcək. Yenə də biz çalışırıq ki təkcə ianələri yox ianələrin idarə etməklə əlavə dəyər yaratmaq və yeni layihələr üçün imkan yaratmaq Qarabağda.
- Baxış: 148