• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1228
— 25.10.2023 12:00

Nənəsinin küçəyə atdığı uşaqlar körpələr evinə veriləcək

KepezTV Player

Gəncədə yaşayan Mehriban Cəlilova qəyyumu olduğu 2 yaş 6 aylıq oğlan nəvəsi Miryusif Cəlilovu Şəhər İcra Hakimiyyətinin binasının qarşısında qoyaraq ərazini tərk edib. Bir qədər sonra isə 4 aylıq qız nəvəsi Mələk Cəlilovanı də gətirib İcra Hakimiyyətinin əməkdaşlarına verib. Aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə azyaşlılar şəhər Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib və Pediatriya şöbəsinə yerləşdiriliblər.  

Vüsal Kazımov- pediatriya şöbəsinin müdiri: “Hər iki uşaq müayinə olunub. Müayinələr nəticəsində Cəlilova Mələk Həsən qızında yuxarı tənəffüs yollarının virus infeksiyası aşkarlanıb. Dərhal həkimə təhvil verilib. Tibb işçisi ayrılaraq baxıcılığı üstələnib. Hazırda uşaqların hər ikisinin vəziyyəti stabildir. Sonrakı prosesdə artıq vəziyyətləri stabil olduğundan biz tərəfdən İcra Hakimiyyətinə məlumat verilib. Sabah üçün Təcili tibbi yardım ayrılaraq Bakı şəhərinə - Uşaq evinə göndərilməsi planlaşdırılır”.

Nənə narkoman qızına görə uşaqlara baxmaqdan imtina edib

Uşaqların anası İlahə Cəlilova narkotik aludəçisidir. Onların yaşadıqları ev şəraitsizi, ailənin sosial durumu ağırdır. Nənə Mehriban Cəlilova bu səbəblərdən uşaqlara baxmaq istəmədiyini nəzərə çatdırıb.