• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 707
— 25.10.2023 11:06

Nitq və dil pozuntuları

Dil – insanların hiss və düşüncələrini bir-biri ilə bölüşmək üçün istifadə etdikləri ümumi qaydalar sistemidir. Nitq isə bu hiss və düşüncələri ehtiva edən qaydaların, lazımi orqanların köməyi ilə fiziki olaraq əmələ gəldiyi sistemdir. 

Günel  Alıyeva- Loqoped: “Bu gün valideynləri ən çox narahat edən, günümüzün aktual problemlərindən olan, uşaqlarda səs-tələffüz pozuntularıdır. Bu dislaliya nitq qüsuru adlanır. Mexaniki və funksional şəkildə olur. Mexaniki şəkildə dedikdə, dil böyük olması, alt çənənin, ya üst çənənin önə gəlməsi, funksional dislaliya dedikdə isə, valideyn tərəfidən uşaqlarda nitqin dügzün tərbiyə olunmamasıdır. Dislaliyanın ən çox yayılmış növü isə, R səsinin qüsurlu tələffüzüdür. Valideynlərə məsləhətim, əgər uşaqda səs-tələffüz pozuntusu varsa, vaxtında mütəxəssisə müraciət etsinlər”.

Əsgərova Günay

ƏTRAFLI...