• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1062
— 24.10.2023 15:51

"Fransa beynəlxalq qurumlardakı aparıcı rolundan sui-istifadə edir"

KepezTV Player

“Region ölkələrinin regional problemlərinin həllində əsas rol oynaması lazımdır. Bu mənada biz bu strateji əhəmiyyətli regionun gələcəyinin formalaşdırılmasında aidiyyət və iştirak hissimizi gücləndirmək niyyətindəyik”. Bunu BBC radiosunun canlı efirində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. Onun sözlərinə görə ölkələrin kənar oyunçuların regionun işlərinə zərərli xarici müdaxiləsinə qarşı çıxması təbiidir. Regiondankənar oyunçular çox vaxt öz mənfur daxili siyasətlərinə və maraqlarına əsaslanan “reseptləri”ni zorla Cənubi Qafqaz ölkələrinə qəbul etdirməyə çalışırlar. Elçin Əmirbəyov əlavə edib ki, Fransa  beynəlxalq qurumlardakı aparıcı rolundan sui-istifadə edir və bu məqam Azərbaycana münasibətdə açıq şəkildə özünü büruzə verir.