• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1948
— 24.10.2023 13:22

Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev Latviyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib. Azərbaycan Prezidenti ikitərəfli münasibətlərin zəngin tarixə malik olduğunu vurğulayıb. İqtisadi əlaqələrə toxunaraq, ticarət, investisiya və digər sahələrdə daha geniş imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirib. Edqars Skuya dövlətimizin başçısına Latviya Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini çatdırıb.
Dəvət minnətdarlıqla qəbul edilib.

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin etimadnaməsini də qəbul edib. Prezident İsveçrə şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma layihələri ilə bağlı fəal işlədiklərini vurğulayıb. Bu istiqamətdə yaxşı əməkdaşlığın olduğunu deyib.