• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1306
— 23.10.2023 19:39

Ceyhun Bayramov Seyid İbrahim Rəisi ilə görüşüb

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” formatında birinci nazirlər görüşündə iştirakı çərçivəsində İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. Azərbaycan və İran arasında gündəlikdə duran əsas məsələlər, ikitərəfli və çoxtərəfli formatlarda mövcud əməkdaşlıq imkanları, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesinin perspektivləri, habelə bölgədəki cari vəziyyət barədə fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov regiona davamlı sülhün gətirilməsində, habelə regional əməkdaşlığın təşviqində ölkəmizin qərarlılığını bir daha diqqətə çatdırıb.

XİN rəhbəri region ölkələri arasında praqmatik əməkdaşlığın zəruri olduğunu bildirib

Ceyhun Bayramov Tehranda “3+3” platformasının Xarici İşlər Nazirliyi rəhbərlərinin iclasında bəyanatla çıxış edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi paylaşım edib. Nazir, region ölkələri arasında praqmatik, nəticəyönümlü və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın zəruri olduğunu vurğulayıb. Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.