• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 23.10.2023 11:04

Keçmiş məhkum Masallıda külli miqdarda narkotiklə tutulub

KepezTV Player

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Abşeron rayon sakini Xəyal Abasov idarə etdiyi “Subaru Forester” markalı avtomobildə saxlanılıb. Keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 6 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitəni satışını təşkil etmək üçün İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə Xəyal Abasov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.