Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda başladıqları əməliyyat iki gündən sonra- oktyabrın 20-si düşmənin bu istiqamətdə darmadağın olması ilə nəticələndi.
Hərbi qulluqçu: Zəngilan şəhəri işğaldan azad edildikdən sonra bizim bölmələr qarşılıqlı fəaliyyətə əsaslanaraq müxtəlif istiqamətlərdə döyüş əməliyyatlarının icrasına başladı. Bunlardan biri də strateji əhəmiyyəti olan Ağbənd qəsəbəsi və onun ətraf yüksəklikləri idi”.
Bu ərazilərin azad olunması Zəngəzur dəhlizi ilə dünyaya açılan yeni nəqliyyat platforması deməkdir. Bu isə tək Azərbaycan deyil, region ölkələrinin hər birinin inkişafı üçün yeni imkanlar yaradacaq.
20.06.2023
İlham Əliyev- Azərbaycan Prezidenti: “Biz, Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq”.
Yeri gəlmişkən, Zəngəzur dəhlizinin ən vacib hissəsi olan Horadiz-Ağbənd dəmiryol xətti yenidən inşa edilir. Araz boyunca uzanan dəmiryolu xəttinin uzunluğu 110,4 km-dir. Layihənin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 90 faizi tamamlanıb. Dəmiryolu layihəsi üzrə 9 stansiya - Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd stansiyasının inşası nəzərdə tutulub.
Vüqar Bayramov- Milli Məclisin üzvü: “Horadiz-Ağbənd dəmiryol xətti yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, həm də Naxçıvan bölgəsi üçün vacib nəqliyyat layihəsidir. Çünki bu dəmiryolu xəttinin Naxçıvan MR-la birləşdirilməsi imkan verəcək ki, orada çalışan sahibkarlar öz məhsullarını daha qısa vaxtda, daha az xərclə Azərbaycanın əsas hissəsinə çıxara bilsinlər”.
Zəngəzur dəhlizinin Azərbaycan ərazisinə düşən hissəsi 2024-cü ildən fəaliyyətə başlayacaq.
Azad Mustafayev
- Baxış: 310