• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1909
— 22.10.2023 19:53

Qubada toy karvanında iki minik avtomobili toqquşub, 3 nəfər ölüb

KepezTV Player

Qubada rayon sakini Fərhad Talıbovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi “İnfiniti” markalı nəqliyyat vasitələri toqquşub. Hadisə nəticəsində F.Talıbov eləcə də, sərnişinləri Sübhan Salmanov və İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər. Avtomobildə olan digər iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, qəza toy karvanının hərəkəti zamanı baş verib.