• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1908
— 22.10.2023 19:33

Fransanın Ermənistanı silahlandırmaqda məqsədi nədir?

Fransanın Ermənistanı silahlandırmaqda məqsədi nədir? Parisin İrəvana silah vermək istəməsi, bu siyasi riyakarlığı və beynəlxalq hüquqa hörmətsizliyi, bölgədə sülhün və təhlükəsizliyin bərqərar olmasına mane olmağa çalışması ilə bağlı ilk fakt deyil. Rəsmi Paris İrəvanın üzərinə təhkim olunan şərtləri rahatlıqla yerinə yetirəcəyinə görə bölgədə siyasi maraqları həyata keçirmək uyğun seçim olduğunun fərqindədir. Siyasi şərhçilərin fikrincə Fransanın manevrləri ilk növbədə Cənubi Qafqaza çıxış əldə etməyə hesablanıb. Məqsəd strateji əhəmiyyət daşıyan regionda möhkəmlənməkdir. Bir sözlə, hədəfi strateji əhəmiyyət daşıyan regionda yerləşmək olduğundan Ermənistanın təcavüzkarlıq siyasətini dəstəkləyərək onu himayə etdiyini göstərir.
İlyas Hüseynov- siyasi şərhçi: “Fransa Ermənistanı açıq-aşkar şəkildə dəstəkləyir. Hətta NATO ölkəsi olmasına baxmayaraq, münaqişə tərəflərindən birinə silah verilməsini icra etməkdədir. Bu, əlbəttə ki, bugünə qədər olan münasibətlərin pozulması və NATO-nun özünün də nizamnaməsinə ziddir. Və Fransa hətta Aİ və NATO çərçivəsində öz bildiyi kimi hərəkətlər edir”. 
Anar Həsənov- siyasi şərhçi: “Makronun bu absurd siyasətinin arxasında əslində Ermənistanın məhvi dayanır. Bu gün Avropa nə qədər Ermənistana yaxınlaşdıqca, Ermənistan bir o qədər batır. Yəni əgər bu gün Avropanın ordusu Ermənistana gəlməyə niyyətlidirsə, onlar hansı qüvvə ilə qarşılaşacaqlarının fərqindədirlərmi? Bu baxımdan düşünürəm ki, bu silah heç də güc balansını pozmur, əslində bu silah Azərbaycana imkan yaradır ki ,Ermənistana qarşı öz haqlarını irəli sürsün”.