• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1278
— 22.10.2023 18:55

Azərbaycanlı həkimlər Xankəndidəki tibb müəssisəsində ilk cərrahi əməliyyatı icra ediblər

KepezTV Player

Xankəndi şəhərindəki tibb müəssisəsində azərbaycanlı həkimlər tərəfindən ilk cərrahi əməliyyat icra olunub. TƏBİB-dən  bildirilib ki, 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı oktyabrın 18-də saat 14:10 radələrində qarın boşluğunda kəskin ağrılar, ürəkbulanma, halsızlıq şikayətləri ilə Xankəndi şəhərindəki tibb müəssisəsinə müraciət edib. Həkimlər tərəfindən zəruri müayinələr aparılıb, pasiyentə kəskin appendisit diaqnozu qoyulub və əməliyyat olunmasına qərar verilib. Onun üzərində appendektomiya əməliyyatı uğurla icra olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən polis orqanının əməkdaşı olan Tağızadə Atatürk Səlim oğlu ambulator müalicə üçün artıq evə buraxılıb. Əməliyyat həkim-anestezioloq-reanimatoloq Ramin Əhmədovun, tibb bacıları Aynur Mustafayeva və Gülsüm Həsənovanın, tibb qardaşı Arzuman Məmmədovun müvafiq yardımları ilə həkim-cərrah Vəli Xəlilov tərəfindən həyata keçirilib.