• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1908
— 22.10.2023 18:36

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası mövzusunda beynəlxalq konfrans keçirilib

KepezTV Player

Niderlandda “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanın 30 il separatizmə qarşı mübarizə apardığı, dünyanın onun haqq səsini eşitmədiyi qeyd olunub. Azərbaycan xalqı “Dəmir yumruq” ətrafında birləşərək, BMT qətnamələrini yerinə yetirib. Növbəti məqsəd Qərbi azərbaycanlıların arzularının reallaşması, onların qədim əcdadlarının yurduna qayıdışıdır. Bu gün Azərbaycanda 30 min erməni yaşadığı kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da ata-baba yurduna dönərək doğma evlərində yaşamalıdırlar. İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və digər ətraf ərazilərdən olan soydaşlarımızın doğma yurdlarına qaytmasının vacibliyi vurğulanıb. O, doğma torpaqlarından zorla qovulmuş soydaşlarımızın hüquqlarının müvafiq beynəlxalq təşkilatlarda qaldırılmasına dair işlərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırılıb. Qərbi Azərbaycan İcması və onun Qayıdış Konsepsiyası barədə danışılıb. Konfransda qayıdışın sülh yolu və beynəlxalq hüquq əsasında reallaşdırılacağı bildirilərək, Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıtmaları üçün icmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri təqdim edilib.