• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 20.10.2023 19:49

Tütünçəkmə saçların tökülməsinə səbəb olur

KepezTV Player

Araşdırmalar nəticəsində siqaret tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyən edilib. Bu kimyəvi maddələrin ən çox təsir etdiklərindən biri də şübhəsiz ki, insanın saçlarıdır. Siqaret çəkmək fiziki zərərlə yanaşı, erkən yaşlanma və saç tökülməsi kimi kosmetoloji problemlərin yaranmasına səbəb olur.

Şirxan Vəliyev- həkim: “Siqaret və ya aktiv tütün istifadəsi bütün daxili orqanlarımıza təsir göstərir. Və unutmayaq ki, bizim xarici orqanlarımız -dəri, dırnaq, saç və digər nahiyələrimiz daxili orqanlarımız vasitəsilə qidalanır və daxili orqanlarımız vasitəsilə ayaqda qalır. Daxili orqanlarımıza göstərilən o təsir - qan dövranının pozulması, mikrosirkulyasiyanın pozulması sonda saçların yaxşı qidlanmamağına və yekunda isə saçların tükülməsinə və ya keyfiyyətinin itirilməsinə, yağlılığın aşağı düşməsinə, bir çox xüsusiyyətinin - parlaqlığının itirilməsinə səbəb olur”.

Saç tökülməsinə səbəb siqaretin tərkibindəki “nikotin və karbonmonoksit” maddəsidir. Siqaretin saç köklərindəki DNT strukturunu pozması və qan dövranına təsir etməsi kimi mənfi nəticələri zamanı saçların keyfiyyəti aşağı düşür, saçlar incəlir və tökülməyə meylli olur.

Siqaret çəkmək orqanizmin immun sistemini aşağı salaraq, bədənimizi ümumilikdə bir çox xəstəliyə qarşı həssas vəziyyətə gətirir. Birbaşa olmasa da, xarici görünüşə mənfi təsir göstərir.

Şirxan Vəliyev- həkim: “Siqaretin tərkibində 270-dən çox zərərli maddə var. Onların hər birinin fərqli orqanlara fərqli mənfi təsirləri var - ürəyə, qan dövranına, ağciyərlərə, böyrəklərə. Bütün yaş qruplarında problemlər görülür. Ancaq ən çox rastlanan yaş qrupu problemləri isə daha çox 50 yaşdan yuxarı xəstələrimizdə görürük. Çünki onların regenerativ qabiliyyətləri artıq zəifləməyə başladığından bu problemlər daha çox aşkarlanır”.

Araşdırmalar göstərir ki, dünyada hər il 7 milyon insan tütün tüstüsünün təsirindən, onun yaratdığı xəstəliklər nəticəsində dünyasını dəyişir. Ona görə də tütünçəkməni bir an öncə dayandırmaqda fayda var.

Aişə Rzayeva