• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1284
— 20.10.2023 16:16

Nazir Ceyhun Bayramov Coşua Hak ilə görüşüb

KepezTV Player

Bölgədə sülh üçün yaranan hazırkı şəraitdə ölkəmiz hər zaman olduğu kimi sülh gündəliyinin irəli aparılmasında qərarlıdır. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ilə görüşdə deyib. Görüşdə post-münaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub. Ceyhun Bayramov anti-terror tədbirlərindən danışıb.  30 illik işğal dövrünün qalıqları və əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrinin və separatçı rejimin mövcudluğuna son qoyulmasının əhəmiyyətini vurğulayıb. Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin reinteqrasiya prosesinin qarşısında duran ən böyük maneələrdən birinin aradan qaldırıldığı bildirilib.