• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1930
— 20.10.2023 15:56

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 50 mənzil verilib

KepezTV Player

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Bakının Ramana, Kürdəxanı qəsəbələrində və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 50 mənzil verilib. Həmin şəxslərə mənzillərin sənədləri təqdim edilib. Bununla da, bu il fərdi ev və mənzillə təmin olunanların sayı 850-yə çatıb.

Zaur İbrahimov- Sosial Xidmətlər Agentliyinin sədr müavini: "Post müharibədən dərhal sonra cənab prezidentin imzaladığı fərman və sərəncamlarla mənzil proqramı tam 5 dəfə genişləndirilmişdir. Belə ki, artıq bu dövrə qədər 14150 şəhid ailəsi və müharibə əlili artıq fərdi evlərlə və mənzillərlə təmin olunmuşdur. Post müharibə dövründə - bu 3 il dövründə artıq 5350 şəhid ailəsi və müharibə əlili fərdi evlərlə və mənzillərlə təmin olunubdur. Builki hədəf cənab prezident tərəfindən açəıqlanmışdır. Bu il də ən azı 1500 bu kateqoriyadan olan şəxslər fərdi evlər və məznzillərlə təmin olunacaq".