• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 20.10.2023 15:49

Gənc energetiklərin ilk Beynəlxalq Peşə Ustalığı Yarışması keçirilib

KepezTV Player

Hadrutda türkdilli dövlətlərin gənc energetikləri arasında "Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası" mövzusunda I Beynəlxalq Peşə Ustalığı Yarışması keçirilib. "Azərişıq" ASC-nin təşkil etdiyi müsabiqə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Yarışların ikinci günündə iştirakçılar peşə bacarıqlarını nümayiş etdiriblər. Müsabiqədə I yeri Azərbaycan energetikləri tutub, II yeri Qazaxıstan və Türkiyə komandaları bölüşüb. 3-lüyü Özbəkistan komandası tamamlayıb. Qalib iştirakçılar müxtəlif nominasiyalar üzrə kubok və diplomla mükafatlandırılıb. Bu ölkələrlə yanaşı, yarışda Qırğızıstan və Tatarıstandan olan energetiklər də iştirak edib.