• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1211
— 20.10.2023 13:27

"Fransa bizi xalq kimi qəbul etmir, hüquqlarımız tapdalanır"

KepezTV Player

Biz Fransaya görə maliyyə, iqtisadi baxımdan asılı vəziyyətdə qalırıq. Ölkəmizdəki qızıllar çıxarılır və Fransaya aparılır. Qızıllar çıxarılanda çaylarımız çirklənir, təbiətimiz zərər görür. Bu barədə Fransız Qvianasının Sosial Azadlıq və Dekolonizasiya naminə Hərəkatının üzvü Moris Pindard deyib. “Fransa şirkətləri meşələrimizdən, təbii resurslarımızdan istifadə edir. Bizim üçün öz ölkəmizdə heç bir gəlir yoxdur. Həmçinin mədəniyyət sahəsində də dominantlıq var. Dərslər Fransa ilə bağlı dərsliklərdən keçilir.”, - deyə M.Pindard qeyd edib. O bildirib ki, bunun üçün onlara müstəqil ölkələrin dəstəyi lazımdır